“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İndex.az bu barədə AZAL-a istinadən xəbər verir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.