Bu il Bakıda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 90,6 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 11 ayında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,6 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,7 %-ini əsaslı təmir, 3,2 %-ini cari təmir, 3,5 %-ini isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 81,9 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,6 %-ini əsaslı təmir, 5,3 %-ini cari təmir, 4,2 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,7 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.