“iPhone 18 Pro” kamerası bir ilkə imza atacaq

“iPhone 17 Pro” haqqında hələ dəqiq məlumatımız yoxdur, lakin 2026-cı ilin sentyabrında təqdim olunacaq “iPhone 18 Pro” ilə bağlı iddialar artıq ortaya çıxmağa başlayıb.

İndex.az xəbər verir ki, “Apple”in təhlili ilə tanınan Ming-Chi Kuo-nun yeni hesabatına görə, “iPhone 18 Pro” dəyişən diyaframlı əsas kameraya sahib ilk model olacaq.

Kuo hesabatında BE Semiconductor və ya BESI şirkətindən də bəhs edir. Bildirilir ki, sözügedən şirkət dəyişən diyaframlı əsas kamerada istifadə ediləcək diafraqma bıçaqları üçün montaj avadanlığının tədarükçüsü olacaq.