AZAL Bakıdan Sürixə uçuşlar həyata keçirməyi planlaşdırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2026-cı ildən Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır.

İndex.az xəbər verir ki. bunu Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəlin ilə görüşdə bildirib.

Görüşdə səfir Tomas Ştəlin yeni uçuş marşrutlarına dəstək verməyə hazır olduqlarını bildirib və viza müraciətlərinin artımını ikitərəfli əlaqələrin inkişafı kimi dəyərləndirib.

Tərəflər həmçinin COP29 barədə müzakirələr apararaq ətraf mühitin qorunması istiqamətində yeni yanaşmaların tətbiqi məsələlərini nəzərdən keçiriblər.