Problemli kreditlərin məbləği 9% artıb

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479,8 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,1% azdır.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6%, son 1 ildə isə 8,95% artıb.

Noyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib. Bu nisbət oktyabrın 1-nə də 1,7%, ilin əvvəlinə 1,8%, ötən il noyabrın 1-nə isə 1,9% olub.