Bakı-Sumqayıt qatarlarının ləğv edilmiş reysləri bərpa olunur

Noyabrın 25-dən “Azərbaycan Dəmir Yolları” QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

İndex.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:

  • Bakıdan saat 08:10, 17:50 və 19:05,
  • Sumqayıtdan saat 07:20,
  • Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.