İspaniya hər il 300 min qeyri-qanuni mühacirə iş icazəsi verəcək

2025-ci ilin may ayında qüvvəyə minəcək yeni tənzimləmə ölkənin işçi qüvvəsini genişləndirməyi hədəfləyir.

İndex.az xəbər verir ki, İspaniya növbəti üç il ərzində hər il təxminən 300.000 qeyri-qanuni mühacirə yaşamaq və işləmək icazəsi verəcəyini açıqlayıb.

Yeni tənzimləmə 2025-ci ilin may ayında qüvvəyə minəcək və 2027-ci ilə qədər qüvvədə qalacaq. Bu, İspaniyanın qocalmış əhalisi qarşısında işçi qüvvəsini genişləndirmək səylərinin bir hissəsidir.

Qeyd edək ki, İspaniya hər il ən çox qeyri-qanuni immiqrant qəbul edən Avropa ölkələrindən biridir. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü il yanvarın 1-dən noyabrın 15-dək İspaniyaya nizamsız olaraq 54 mindən çox immiqrant daxil olub və bu rəqəm 2023-cü illə müqayisədə 15,8 faiz artıb.