Boks tarixində ən bahalı 2 bilet! – 2 milyon dollara satıldı

Əfsanəvi boksçu Mayk Tayson 80 milyon dollarlıq matçla rinqə qayıdır.

İndex.az xəbər verir ki, Mayk Taysonun “YouTuber” Jake Paul ilə döyüşünü izləmək istəyənlər VIP-ə 2 milyon dollar xərcləyib. Bu rəqəm boks tarixinin ən bahalı bileti kimi qeydə alınıb.

Dünyanın izləyəcəyi qarşılaşmada 58 yaşlı əfsanəvi boks özündən 31 yaş kiçik Ceyk Polla döyüşəcək. “YouTube”da yayımları ilə tanınan Paul sonradan peşəkar olaraq boksa üz tutub.

Rinqdən iki metr aralıda iki oturacaq hər biri 2 milyon dollara satılır. Bu VIP biletlərin sahibləri də iki boksçu ilə görüşmək imkanı əldə edəcəklər. Texas ştatında 80 min nəfərlik stadionda keçirilən matçda rinq kənarındakı oturacaqların qiyməti 10 ilə 50 min dollar arasındadır.

Tayson karyerasında keçirdiyi 56 görüşdən 50-də qalib gəlib, 44-də rəqiblərini nokaut edib. 2005-ci ildə təqaüdə çıxdıqdan sonra sərgi matçlarında rinqə çıxdı. Paul isə boks karyerasına ötən il başlayıb və 11 rəqibindən 10-nu məğlub etməyi bacarıb.

Mayk Tayson-Jake Paul matçı şənbə günü səhər saat 04-də başlayacaq. İkisi iki dəqiqə ərzində səkkiz raund mübarizə aparacaq. Döyüş “Netflix”də canlı yayımlanacaq.