“Yaşıl Enerji Dəhlizi” layihəsi COP29-un əsas məqsədlərini dəstəkləyir.
İndex.az xəbər verir ki, bunu Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, COP29-da “Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı görüşün təşkili əla ideya idi: “Bu, simvolik xarakter daşıyır. Çünki hər iki tədbir bir-biri ilə sıx bağlıdır. “Yaşıl Enerji Dəhlizi” layihəsi COP29-un davamlı inkişafa yönəlmiş əsas məqsədlərini dəstəkləyir. Böyük əhəmiyyət kəsb edən, faktlar və araşdırmalarla dəstəklənən infrastruktur əlaqələrinin yaradılmasına diqqət yetirilib. Lakin biz irəliləməzdən əvvəl bu layihənin mümkünlüyünü aydın şəkildə başa düşməliyik”.