Qobustan və Ələtdə işıq olmayacaq

Bu gün Bakının Qaradağ rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İndex.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma işləri ilə əlaqədar noyabrın 6-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Qaradağ rayonu Qobustan qəsəbəsinin bir hissəsində və Ələt bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.