Sabah noyabrın 1-də saat 10:00-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz yayımlanacaq.
İndex.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək.