Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 119 milyon 051,06 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu, 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 20 milyon 295,68 min ABŞ dolları və yaxud 20,56 % çoxdur.
Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,81 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.