Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 14 milyard 481 milyon manat nəzərdə tutulub.
İndex.az xəbər verir, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu isə 2024-cü il üzrə ARDNF-dən büdcəyə transfertin həcmindən 13,3% və ya 1,7 milyard manat çoxdur.
Qeyd edək ki, bu il üzrə Fonddan dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat müəyyən edilib.