Bu ilin 9 ayında Azərbaycanda əmək müqavilələrinin sayı 44 min və ya 2,4 % artaraq 1 milyon 852 min 887-yə çatıb.
İndex.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Yanvar-sentyabr ayları ərzində əməkhaqqı fondunda daha 6,6% artım qeydə alınıb.