ABŞ-ın qrafik prosessorlar istehsalçısı “Nvidia Corp.” Şirkəti kapitallaşmasına görə dünyanın ən böyük şirkətləri siyahısında “Microsoft Corp”u keçərək ikinci yeri tutub.
İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, “Nvidia”nın səhmləri bazar ertəsi günü 2,4% bahalaşıb. Bu səhmlərin qiyməti ilk dəfə 138 dollardan yuxarı qalxıb.
“MarketWatch” nəşrinin məlumatına görə, şirkətin bazar dəyəri 3,31 trilyon dollara, “Microsoft”un kapitallaşması isə 3,12 trilyon dollara çatıb. “Apple Inc.” şirkəti isə 3,52 trilyon dollar kapitallaşmaya malikdir.
İlin əvvəlindən bəri “Nvidia” birja kotirovkaları süni intellekt texnologiyalarının populyarlığı və yeni “Blackwell” çiplərinin satışı ilə bağlı yüksək gözləntilər sayəsində 2,8 dəfə artıb.