“Marxal Resort Spa” qrup rəhbəri Şəki sakinini öldürdü

Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada ölüb.

İndex.az xəbər verir ki, oktyabrın 8-də “Marxal Resort Spa” otelində qrup rəhbəri işləyən, 1996-cı il təvəllüdlü Hüseynov Afiq Asif oğlu idarə etdiyi minik avtomobillə rayonun Kiş kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxt yolu keçmək istəyən piyada – Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Xalıqov Camal Nuru oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən piyada həkimlərin səyinə baxmayaraq ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.