Avqust ayında ABŞ-da fabrik sifarişləri artım gözləntilərinin əksinə olaraq 0,2% azalıb.
İndex.az xəbər verir ki, bazarlarda fabrik sifarişlərinin 0,1% artacağı gözlənilirdi.
Qeyd edək ki, iyul ayında fabrik sifarişləri 4,9% artıb.
Sözügedən dövrdə davamlı istifadə olunan mallar üzrə sifarişlər əhəmiyyətli dəyişiklik göstərməsə də, qeyri-davamlı mallar üzrə sifarişlər 0,5% azalıb.