“Apple” saatlarını kilidləyən “watchOS 11 beta” ləğv edildi

“watchOS 11 beta 3” tərtibatçı versiyası “Apple Watches” üçün buraxılsa da, bir sıra problemlər yaradıb.

İndex.az xəbər verir ki, yeniləməni edən istifadəçilər müxtəlif problemlərlə, xüsusən də donma problemi ilə qarşılaşıblar.

İstifadəçi hesabatlarına görə, “watchOS 11″in üçüncü beta versiyası saatın kilidlənməsindən mesaj bildirişlərinin alınmamasına qədər problemlər yaradır.

Donma problemi hətta saat yenidən işə salındıqdan sonra da davam edir.

Buna görə də, “Apple” saatları kilitləyən “watchOS 11″in üçüncü beta versiyasını ləğv edib.