Bu gün Azərbaycan Audiovizual Şurasının iclası keçirilib, peyk yaymı həyata keçirən platforma yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqənin qalibi müəyyən olunub.
İndex.az Şuraya istinadən xəbər verir ki, ilk olaraq müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.
İclasın sonunda müsabiqəyə sənədlərini təqdim etmiş 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan “CİBC Global” MMC (televiziya kanalının adı “AnewZ”) qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.