BMT: İki həftə ərzində Livanda mindən çox insan ölüb

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində iki həftə ərzində Livanda mindən çox insan həlak olub.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.

Bundan əlavə, hazırda Livanda olan BMT qüvvələrinin fövqəladə hallar üzrə fəaliyyət planı hazırladığı bildirilir. Sülhməramlıların sıralarında 48 ölkədən 11 minə yaxın hərbçi və mülki şəxs xidmət edir.