Rusiyanın iki strateji bombardmançı təyyarəsi ABŞ-ın qərb sahilləri üzərində uçub

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada iki Tu-95ms strateji bombardmançısının Alyaskanın qərb sahili yaxınlığında Berinq dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirdiyi qeyd edilib.

İndex.az xəbər verir ki, açıqlamada təyyarələrin uçuş müddətinin 11 saatdan çox davam etdiyi bildirilib.

Açıqlamada təyyarələri Su-35 və Su-30SM döyüş təyyarələrinin müşayiət etdiyi bildirilib və bütün uçuşların hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun həyata keçirildiyi vurğulanıb.