Serdar Ortaç qumarda 1 göydələn və 15 evi itirdiyini açıqladı

Türkiyəli məşhur müğənni “YouTube”da “Free Kick” adlı proqrama qonaq olub.

İndex.az xəbər verir ki, müğənni qumarla bağlı suallara səmimi cavablar verib.

Serdar Ortaç “Qumarda nə qədər uduzdun?” sualına cavab olaraq 15 evini itirdiyini deyib: “15 evim getdi. “Əli Sami Yen” stadionunun yanında bir göydələn vardı, o da əlimdən çıxdı. Böyük səhv etdim. Ən əsası sağlamlığım getdi, bircə o qayıtsın”.

Ortaç yalnız yaşadığı evin onun olduğunu və hələ də borclarının olduğunu bildirib.

Qeyd edək ki, Serdar Ortaç uzun illərdir ki, MS xəstəliyi ilə mübarizə aparır.