Meymunlar 6 yaşlı uşağa cinsi zorakılıq edən adamın qarşısını alıb

Hindistanın Yeni Dehli yaxınlığındakı Baghpat şəhərində baş verən hadisədə meymunlar 6 yaşlı uşağı tərk edilmiş binaya apararaq cinsi təcavüz etməyə hazırlaşan kişinin qarşısını alıblar.

İndex.az xəbər verir ki, meymun dəstəsi sürətlə kişiyə doğru irəliləyərək qızı xilas edib.

“Times of India” qəzetində yer alan xəbərə görə, 6 yaşlı uşaq evə qayıdanda ailəsinə onu iddia edilən hücum cəhdindən meymunların xilas etdiyini bildirib.

Kiçik qızın atası hadisə ilə bağlı açıqlama verib: “Qızım bayırda oynayırdı. Yaxınlıqdakı təhlükəsizlik kamerası görüntülərində kişinin qızımla dar küçədə gəzdiyi görünürdü. Onun şəxsiyyəti hələ müəyyən edilməyib. Uşağımı da məni öldürməklə hədələyib. Əgər meymunlar müdaxilə etməsəydi, qızım indiyə qədər öləcəkdi”.

Polis həmin şəxsin başqa kənddə yaşadığını, lakin şəxsiyyətini müəyyən etmək mümkün olmadığını bildirib.