Laqard: “Biz FED ilə danışırıq, lakin birlikdə işləmirik”

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard bir sıra fikirlər səsləndirib.

İndex.az xəbər verir ki, Laqard FED sədri Cerom Pouel ilə fikir mübadiləsi apardıqlarını, lakin birlikdə işləmədiklərini bildirib.

Avrozonada inflyasiya əhəmiyyətli dərəcədə azalıb və bu ay da yavaşlamağa davam edəcəyi gözlənilir.

Yenə də hər şeyin qaydasında olduğunu deyən Laqard hədəfinin inflyasiyanı 2%-ə salmaq olduğunu bildirib:

“Avqustda illik istehlak qiymət artımı 2,2% idi Amma mən əmin olmaq istəyirəm ki, biz 2% səviyyəsindəyik və bu həddə qalacağıq”.