İqtisadçıların fikrinə görə, Avropa Mərkəzi Bankı (AMB) 2025-ci ilin sonuna qədər uçot dərəcələrini azaltacaq.
İndex.az xəbər verir ki, “Bloomberg”in sorğusuna əsasən, depozit faizləri ardıcıl 6 rüb ərzində 25 baza bəndi azalacaq və 2025-ci ilin dekabrında 2,25%-ə enəcək.
Əvvəlki sorğuda bu uçot dərəcəsinə 2026-cı ilin 2-ci rübündə çatacağı proqnozlaşdırılırdı.
AMB inflyasiyanın 2%-ə çatacağına inamı artıraraq iyun ayında uçot dərəcələrini aşağı salıb.