Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk bölgəsində yaralanan və əsir düşən Şimali Koreya əsgərləri ilə bağlı yeni açıqlama verib.
İndex.az xəbər verir ki, Zelenski sosial media platformasında əsir Şimali Koreya əsgərlərindən birinin dindirildiyi anların videosunu yayımlayıb.
“Biz bütün təfərrüatları təsdiqləyirik. Rusiya Şimali Koreya əsgərlərindən öz maraqları üçün istifadə edir. Rusiyanın cəhalət içində böyüyən, Ukraynadan tamamilə xəbəri olmayan, ancaq uzatmaq və gərginləşdirmək üçün ortaya atılan bu adamlardan necə istifadə etdiyinə dair bütün həqiqəti dünya öyrənəcək”, – Zelenski deyib.
Zelenski “Bu müharibə yalnız Rusiyaya lazımdır” deyərək, ölkəsini müdafiə edən bütün Ukrayna əsgərlərinə və Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edib.
Communication between captured North Korean soldiers and Ukrainian investigators continues. We are establishing the facts. We are verifying all the details. The world will learn the full truth about how Russia is exploiting such guys, who grew up in a complete information vacuum,… pic.twitter.com/CWcssQjr94
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) January 14, 2025