Fransa prezidenti Emmanuel Makron Olimpiya Oyunlarının açılışını ölkəsinin əsl siması hesab edirsə, bu, onun şəxsi işidir.
İndex.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib.
O bildirib ki, əslində, Olimpiadanın açılış mərasimində simadan çox insan bədəninin digər üzvləri nümayiş etdirilib:
“Makron açılış mərasimində göstərilənləri Fransanın əsl siması adlandırır. Bu, onun öz şəxsi fikirləridir” – M. Zaxarova belə deyib.
Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi ciddi tənqidlərə məruz qalıb. Macarıstanın baş naziri Viktor Orban sözügedən tədbirin Qərbdə ictimai dəyər anlayışının mövcud olmadığını göstərdiyini bildirib.
Tədbiri Rusiya tərəfi də tənqid edib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə bir ssenariyə razılıq verilməsinin məsuliyyəti Beynəlxalq Olimpiya Komitəsinin üzərinə düşür.