“Bank Avrasiya”nın aktivlərinin həcmi 10 milyon manatdan çox azalıb – HESABAT

“Bank Avrasiya” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə “Bank Avrasiya”nın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.094 milyon manat azalaraq 196.178 milyon manata enib.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 71.800 milyon manatdır.

Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.