Çində xərçəngin pataloji şəkillərini oxuya bilən süni intellekt hazırlanıb

Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellekt texnologiyalarını inkişaf etdirən “SenseTime” şirkətinin tədqiqatçıları xərçəngin patoloji şəkillərini ətraflı oxuya bilən çox yönlü süni intellekt modeli hazırlayıblar.

İndex.az xəbər verir ki, bu işdə ölkədə yerli məlumatlardan toplanan təxminən 300 min rəqəmsal patoloji görüntüsündən istifadə edilib.

Araşdırmalar nəticəsində süni intellekt modelinin 20-dən çox orqanı analiz edə bildiyi bildirilib. Bildirilib ki, bu analizlər mədəaltı vəzinin təsnifatı, lezyonların təyini, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi kimi maddələri əhatə edir.

Tədqiqatçıların “PathOrchestra” adlandırdıqları çox yönlü süni intellekt modeli də təxminən 50 xərçəng hadisəsində 95%-dən çox dəqiqlik dərəcəsinə çatmağı bacardı. Araşdırma haqqında danışanlar bu araşdırmanın Çinin süni intellekt sahəsində sürətli inkişafının göstəricisi olduğunu bildiriblər.

Hərbi Hava Qüvvələri Tibb Universitetinin Təməl Tibb Elmləri Akademiyasından professor Vanq Zhe bildirdi ki, patoloji görüntüləri aşkar etmək və şərh etmək patogenlər arasındakı fərqlərə görə çox çətindir və buna görə də xəstə strukturların tədqiqi görüntünün işlənməsi sahəsində ən çətin məsələ hesab olunur.

Bu model daha da inkişaf etdirilərsə, patoloqların üzərinə düşən yükün xeyli yüngülləşəcəyi gözlənilir.