Messidən fransızlardan üzr istəməyi tələb edən vəzifəli şəxs işdən çıxarılıb

Argentina Prezidenti Xavyer Mayli Lionel Messiyə Fransa millisinin oyunçularına qarşı irqçi təhqirlərinə görə üzr istəməli olduğunu söyləyən idman departamentinin rəis müavini Xulio Qarronu vəzifəsindən azad edib.

İndex.az xəbər verir ki, bu barədə Argentina Prezidentinin mətbuat xidməti “X” hesabında paylaşıb.

“Prezidentin ofisi bildirir ki, heç bir hökumət Argentinanın dünya çempionu və ikiqat Amerika Kuboku komandasına digər vətəndaşlar kimi nə deyəcəyini, nə düşünəcəyini və ya nə edəcəyini deyə bilməz. Bu səbəbdən Xulio Qarro artıq idman departamentinin müavini deyil”, – deyə məlumatda bildirilib.