“Azərbaycan Dəmir Yolları”na işçi axtarılır

Azərbaycan Dəmir Yolları

Qarşılıqlı əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi

Son tarix 17 avq 2024 – Müraciət et

Təsvir:

  • Qarşılıqlı əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatları toplamaq və ümumiləşdirmək;
  • Xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak etmək;
  • İş bölgüsünə əsasən icrasına verilmiş sahələr üzrə ikitərəfli və çoxtərəfli komissiyaların və işçi qruplarının sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Digər ölkələrin dəmir yolu fəaliyyəti ilə bağlı qarşılıqlı əlaqələri yaratmaq, beynəlxalq təcrübəni araşdırmaq və lazımi arayış, tezis və məlumatları hazırlamaq;
  • Beynəlxalq və regional çərçivədə təşkil olunan tədbirlərdə iştirak etmək, əldə olunmuş təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
  • Digər ölkələrin dəmir yolu administrasiyaları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görülməsində iştirak etmək;
  • ADY-nin aparatının və aidiyyəti struktur qurumları ilə birgə digər ölkələrdəki tərəfdaşlardan daxil olmuş təkliflərini araşdırmaq və rəhbərliyi məlumatlandırmaq;
  • Beynəlxalq sənədlərin (memorandum, saziş, protokol və s.) layihələrinin hazırlanmasında iştirak etmək;
  • Fəaliyyət sahəsinə uyğun arayış, tezis və digər analitik məlumatları hazırlamaq və mütəmadi yeniləmək;
  • İş bölgüsünə əsasən icrasında olan sahələr üzrə müvafiq işçi qruplarının işində iştirak etmək;
  • Dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli və çoxtərfli çərçivədə beynəlxalq sənədlərə (saziş, konvensiya və s.) qoşulmağa dair təkliflərin verilməsində iştirak etmək;
  • İkitərəfli və çoxtərəfli çərçivədə yol xəritələrinin, fəaliyyət və tədbirlər planlarının hazırlanmasına dair təkliflərin verilməsində iştirak etmək.

Tələblər:

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il,
  • Azərbaycan Respublikasinin Konstitusiyası;
  • Konstruksiyalara qoyulan texniki tələbləri, layihələşdirmənin avtomatik vasitələri üzrə biliklər;
  • Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu;
  • “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • Yazılı ünsiyyət;
  • Təşkilatçılıq;
  • Məlumatların idarə edilməsi.