“Audi” saxta işlənmiş qazlardan istifadə etməyi dayandıracağını açıqladı

Almaniyada yerləşən ən böyük avtomobil istehsalçılarından biri olan “Audi”, saxta işlənmiş qazlardan istifadəni dayandıracağını açıqladı.

İndex.az xəbər verir ki, açıqlama verən şirkət sözçüsü, bundan sonra bazara çıxarılacaq bütün PPC (Premium Platform Combustion) əsaslı daxili yanma mühərrikli nəqliyyat vasitələrinə real egzozları daxil edəcəklərini söylədi.

Son illərdə bamperlərə yerləşdirilən saxta qaz buraxıcıları ümumiyyətlə sürücülərdən yaxşı rəy almayıb. Buradakı tənqidləri dinləyərək sevindirici qərar verən şirkət daxili yanma tərəfində ənənəvi xəttdən bir müddət də ayrılmayacaq.