Dünyanın ən dəyərli futbol klubları açıqlandı

Dünyanın qabaqcıl brend qiymətləndirmə şirkətlərindən biri olan “Brand Finance”in “Dünya Futbolunun Ən Dəyərli 50 Klub Brendləri” araşdırmasına görə siyahıya daxil olan 50 klub arasında ilk 10-luqda olan klubun marka dəyəri 13 milyard 673 milyon dollara çatıb.

İndex.az xəbər verir ki, brend qiymətləndirmə şirkəti “Brand Finance” tərəfindən aparılan araşdırmaya görə, keçən il birinciliyi “Mançester Siti”yə uduzan “Real Madrid” bu il də 1 milyard 805 milyon dollarla dünyanın ən dəyərli futbol klubu olub.

Araşdırmaya görə, dünyanın ən dəyərli 10 futbol klubunun brend dəyərləri (milyon dollar) belədir:

BREND                       ÖLKƏ                        2024 BREND DƏYƏRİ

1 Real Madrid             İspaniya                           1,805

2 Mançester Siti          İngiltərə                          1,726

3 FK Barselona            İspaniya                           1,653

4 Mançester Yunayted      İngiltərə                          1,498

5 Liverpul                İngiltərə                          1,478

6 Bayern Münhen           Almaniya                           1,325

7 Paris Saint-Germain     Fransa                             1,294

8 Arsenal                 İngiltərə                          1,067

9 Tottenham Hotspur       İngiltərə                          930

10 Chelsea                İngiltərə                          897