Nigeriyanın 10 il ərzində 1,8 milyard dollar dəyərində nefti oğurlanıb

Nigeriya Sənaye Şəffaflığı Təşəbbüsünün (NEITI) baş katibi Oqbonnaya Orji verdiyi açıqlamada, Nigeriyada neft hasil edən bölgələrdə artan hücumların və neft emalı zavodlarında oğurluğun ölkə iqtisadiyyatına mənfi təsirini davam etdirdiyini bildirib.

İndex.az xəbər verir ki, 2009-2018-ci illər arasında ölkədəki neftayırma zavodlarından 4,2 milyard litr neft məhsulunun itirildiyinə diqqət çəkən Orji, bunun gündə 140 min barel olaraq təxmin edildiyini qeyd edib.

Orci qeyd edib ki, 10 ildə ölkədəki neftayırma zavodlarından 1,8 milyard dollar dəyərində neft məhsulları oğurlanıb. Nigeriyada 200-dən çox qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir.

Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təxminən 37 milyard bareldir və dünya ehtiyatlarının 3,1%-ni təşkil edir. Xam neft istehsalında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyanın ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.

Neft yataqlarının yerləşdiyi Delta bölgəsində silahlı qrupların neft mədənlərində təxribat törətməsi, bölgədə qarşıdurmalar, adam oğurluğu kimi hadisələr baş verir.