Ukrayna PUA istehsalını 10 dəfə artırıb

Ukrayna 2024-cü ildə dron istehsalını əvvəlki illə müqayisədə 10 dəfə artırıb, prioritet səmərəliliyə və yeni texnologiyalara keçib.

İndex.az-ın məlumatına görə, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyi teleqram kanalında xəbər yayıb.

“Ukrayna pilotsuz uçuş aparatları sənayesinin istehsal gücü 2024-cü ildə 2023-cü illə müqayisədə 10 dəfə artıb”, – məlumatda deyilir.

Nazirliyin məlumatına görə, istehsal gücü 2023-cü ildəki 300 min ədəd drondan 2024-cü ildə 4 milyona yüksəlib.

Mütəxəssislər həmçinin rəqabətin yaxın illərdə istehsalçıların konsolidasiyasına gətirib çıxaracağını gözləyirlər.