Yeni “Audi A5” ve “Audi S5” təqdim olundu

Öz iddialı dizaynı ilə diqqət çəkən yeni “Audi A5” və “Audi S5” təqdim olundu.

İndex.az xəbər verir ki, yeni “Audi A5” və “Audi S5” iki fərqli kuzov tipinə malikdir: “Avant” və “Sedan”.

Texniki cəhətdən baxdığımızda yeni A5 üçün fərqli mühərrik variantları təklif edilir. 2,0 litrlik dörd silindrli turbo benzin mühərriki 148 at gücü və 201 at gücü təklif edən iki fərqli versiyaya malikdir. 148 at gücünə malik model gücü ön təkərlərə, 201 at gücünə malik model isə arzu olunarsa, gücü dörd təkərin hamısına ötürür.

İki muftalı avtomatik transmissiya ilə təchiz edilmiş avtomobillər üçün dizel mühərrik variantı da təklif olunur. 2,0 litrlik turbo dizel mühərriki 201 at gücü təklif edir. S tronic qoşa muftalı transmissiya üzərində qurulmuş performans yönümlü “Audi S5” öz gücünü 3,0 litrlik V6 blokundan alır. Bu mühərriklə sürücü 362 at gücünə nəzarət edir.

Yeni A5 üçün açıqlanan Avropa başlanğıc qiyməti 45 min avrodur.