Venesiyaya giriş haqqına görə turistlərdən 2,2 milyon avro yığıldı

Kütləvi turizmin təsirlərindən qorunmaq üçün İtaliyanın Venesiya şəhərində istifadəyə verilən 5 avroluq ayaqbasdı ödənişi tətbiqinin sınaq mərhələsi başa çatıb.

İndex.az xəbər verir ki, yerli mətbuatın hesablamalarına görə, bu müddət ərzində ödənişdən azad edilənlər istisna olmaqla, hər gün təxminən 440 min insan şəhərə daxil olub və ümumilikdə 2,2 milyon avroya yaxın gəlir əldə edilib.

5 avroluq giriş haqqını qeyd olunan tarixlərdə saat 08.30-16.00 arası Venesiyaya gedən, lakin orada qalmayan ziyarətçilər ödəyib. Bəzi kateqoriyalar, məsələn, 14 yaşından kiçik uşaqlar, yerli sakinlər və ya şəhərdə işləyən və təhsil alanlar ödənişdən azad edildi.

Bundan əlavə, Venesiyada otel kimi yerləşdirmə obyektlərində qalanlar artıq turizm vergisi ödədikləri üçün şəhərə giriş haqqı ödəmirdilər.