“Google” bu şirkəti 23 milyard dollara alacaq

Son zamanlar şirkətin strukturunu genişləndirmək cəhdləri ilə diqqət çəkən “Google”, indi “Wiz”i satın alaraq bulud təhlükəsizliyi sahəsində böyük bir irəliləyiş etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, əldə edilən məlumata görə, “Google” “Wiz” üçün 23 milyard dollar ödəyəcək.

Bu rəqəm, şirkətin 2012-ci ildə “Motorola” üçün ödədiyi məbləğdən demək olar ki, iki dəfə çoxdur və əgər satınalma baş tutsa, bu, şirkətin tarixindəki ən böyük alış olacaq.