İspaniya 4-cü dəfə Avropa çempionu oldu!

Almaniyada keçirilən 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) finalında İspaniya və İngiltərə yığmaları üz-üzə gəlib.

İndex.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində hər iki komandanın hücumları uğursuz alındığından futbolçular qolsuz bərabərliklə soyunub-geyinmə otağına daxil olublar.

İkinci hissəyə sürətli başlayan İspaniya 47-ci dəqiqədə cərimə meydançasının sol diaqonalında Yamalın ötürməsindən topu qəbul edən Niko Uilyamsın qolu ilə 1:0 önə keçib.

73-cü dəqiqədə Bellinqhemin cərimə meydançasının sağ diaqonalından ötürməsi Koul Palmer sərt zərbə ilə topu tora göndərib və hesabı 1-1-ə çatdırıb. 86-cı dəqiqədə Mark Kukurellanın sol cinahdan cərimə meydançasına ötürməsi tora göndərilib və İspaniya 2-1 önə keçib. Sonrakı dəqiqələrdə daha qol olmadığından İspaniya 4-cü dəfə Avropa çempionu olub.