“WhatsApp” söhbətlərə “Google Translate” əlavə etməyə hazırlaşır!

Söhbət pəncərəsində “WhatsApp” istifadəçilərinə birbaşa tərcümə etməyə imkan verəcək yeni funksionallıq üzərində işlənilir.

İndex.az xəbər verir ki, bu funksiya xarici proqramdan istifadə etmədən mesajları tərcümə etməyə imkan verəcək və ünsiyyəti daha axıcı edəcək.

“WhatsApp” bu tərcümə əməliyyatlarını “Google”un “Live Translation” texnologiyası ilə həyata keçirəcək. Bu yolla istifadəçilərin mesajlarının məxfiliyi qorunacaq.