ABŞ-dan elektrikli avtomobil istehsalına milyard dollarlıq dəstək!

Son zamanlar elektromobil satışlarının azalması bütün bazara təsir edib.

İndex.az xəbər verir ki, Çində belə bir problem olmadığı halda, Avropa və Amerika elektromobil satışından çox da razı deyil. Bunun sübutu son vaxtlar paylaşılan satış rəqəmləridir.

Bu vəziyyəti dayandırmaq üçün hərəkətə keçən ABŞ bağlanan elektrik avtomobil fabriklərini yenidən işə salmaq üçün işə başladı. Bu fabriklərə cəmi 1,7 milyard dollarlıq maliyyə dəstəyi verməyi hədəfləyən hökumət, elektrik avtomobilləri və ya onların hissələrini istehsal edən fabrikləri yenidən açmağa çalışır.