Xətaidə bu küçələrdə qaz olmayacaq

Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Xətai rayonu, 8 Noyabr prospektində qaz xəttində aparılacaq təmir işləri məqsədi ilə iyulun 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Kombinat, Ramiz Quliyev küçələrinin və 8 Noyabr prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.