“Azərpoçt” işçi axtarır – VAKANSİYA

Azərpoçt

Hesabatlıq və təhlil üzrə mütəxəssis

Son tarix 11 avq 2024 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Poçt daxili təhlillərin hazırlanması (məhsullar, layihələr və s. üzrə);
  • Yeni və mövcud məhsulların maliyyə təhlili, gəlirliyini və effektivliyini ölçən gündəlik və həftəlik hesabatların hazırlanması;
  • Mərkəzi Banka göndərilən hesabatları hazırlamaq;
  • İdarəetmə mühasibatlığının aparılması;
  • Maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtib edilməsi;
  • Rəhbərlik tərəfindən tələb olunan maliyyə modellərin hazırlanması;
  • Dövrü maliyyə hesabatlarının hazırlanması.

Vəzifə üzrə tələblər:

  • Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə bakalavr diplomu;
  • Hesabatlıq, İdarəetmə/Xərclərə nəzarət və ya maliyyə analizi sahəsində 1 il iş təcrübəsi;
  • ACCA FA sertifikatının olaması;
  • Mühasibatlıq, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər;
  • Excel proqramını yüksək səviyyədə bilmək;
  • Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət etmək;
  • Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;
  • Komanda şəklində işləmək bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
  • Korporativ nömrə ilə təmin olunma ;
  • Bazar rəqabətli əmək haqqı;
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Hesabatlıq və təhlil üzrə mütəxəssis” qeyd etməklə CV-lərini email ünvanına göndərə bilərlər.