“Mercedes” satış rəqəmlərini açıqladı! Elektrikli avtomobillərin satışı azalıb

Bu il Avropada elektrik avtomobil satışı arzuolunan səviyyədə olmadı. Görünür, vəziyyət bütün dünyada eynidir.

İndex.az xəbər verir ki, bu gün ABŞ-da satış rəqəmlərini açıqlayan “Mercedes”, elektrikdən istədiyini ala bilməyən markalardan birinə çevrilib.

Bu ilin ikinci rübündə cəmi 2556 EQS satan “Mercedes”, ötən ilin eyni dövründə cəmi 5990 ədəd satıb. Bu da 57% azalma deməkdir.