“Spotify” yeni funksiyalar ilə sosial şəbəkəyə çevrilir

“Spotify” həm musiqi dinləmə, həm də sənətçilər üçün mühüm platforma kimi böyük mədəni və sənaye təsirinə malikdir.

İndex.az xəbər verir ki, platforma indi təkcə musiqi dinləmək deyil, həm də sosial media funksiyaları təklif edən platformaya çevrilib.

Ən son yeniləmə ilə o, podkastlara şərh əlavə etmək kimi xüsusiyyətləri təqdim edərək məzmun istehsalçıları ilə onların dinləyiciləri arasında əlaqəni gücləndirdi. Bu addım istifadəçiləri və məzmun təminatçılarını bir araya gətirmək üçün strategiyanın mühüm hissəsidir.