“Microsoft” “OpenAI”nin idarə heyətindən çıxır

“Microsoft”, süni intellekt nəhəngi “OpenAI”nin idarə heyətindəki müşahidəçi yerini tərk edib.

İndex.az xəbər verir ki, “Microsoft”, son səkkiz ay ərzində şirkətin idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdıqdan sonra, ABŞ və Avropadakı tənzimləyicilərin davamlı araşdırması altında olan “OpenAI”də idarə heyətinə nəzarəti şirkətə təhvil verib.

Digər tərəfdən, “OpenAI” sözçüsü şirkətin “Microsoft” ilə “Apple” kimi strateji tərəfdaşlar və “Thrive Capital” ilə “Khosla Ventures” kimi investorlarla müntəzəm görüşlər keçirərək yeni bir yanaşma yaradacağını söyləyib.