“İnstagram” uzun videolara əlvida deyir

“Instagram” CEO-su Adam Mosseri, platformasının diqqətinin qısa videolar üzərində olduğunu vurğuladı və uzun formatlı videolara diqqət yetirməyəcəklərini açıqladı.

İndex.az xəbər verir ki, Mosseri qeyd edib ki, uzun videolar platformanın əsas kimliyinə xələl gətirə bilər.

O, qısa videoların dostlarla məzmun paylaşma və qarşılıqlı əlaqə prosesini gücləndirdiyini söylədi.

Instagram uzun formatlı video məzmununa diqqət yetirməyəcəyini açıqlasa da, platformasının əsas kimliyini qorumağı hədəflədiyini vurğuladı.