Elektromobillər sayəsində BMW-nin satışları sürətlənib

Alman avtomobil istehsalçısı “BMW Group” ikinci rübdə elektromobillərdəki güclü artım sayəsində satışlarını artırıb.

İndex.az xəbər verir ki, “BMW Group”un açıqladığı ikinci rüb üçün satış rəqəmlərinə görə, şirkətin əsas markası olan BMW-nin avtomobil satışları aprel-iyun dövründə ötən ilin eyni dövrü ilə müqaisədə 2% artaraq 565 min 553 ədədə çatıb.

Şirkətin eyni rübdə elektromobil satışları isə keçən ilin eyni dövrü ilə müqaisədə 22,2% artaraq 107 min 933 ədədə yüksəlib.

Şirkətin ən böyük bazarı olan Çində (“Mini” markası da daxil olmaqla) avtomobil tədarüklərinin sözügedən dövrdə 4,7% azalaraq 188 min 495-ə düşməsi diqqət çəkib.