“Mercedes” elektrikli avtomobil akkumulyatorlarının xərclərini azaldır

“Mercedes” akkumulyator xərclərini 30% azaltmağı hədəfləyir.

İndex.az xəbər verir ki, onlar bu məqsədə çatmaq üçün yeni kimyəvi maddələr və istehsal prosesləri üzərində işləyirlər.

Burada litium-ion elementlər, kobaltsız katodlar və silikon əsaslı anodlar kimi innovativ akkumulyator kimyası hazırlanacaq. Bundan əlavə, bərk hallı batareyalar da bu inkişaf prosesinin bir hissəsi olacaq.

“Mercedes” enerji sıxlığını 900 Vt/l-ə qədər artırmağı planlaşdırır. Onlar bu məqsədə yüksək silikon tərkibli anodlardan və ya bərk elektrolitlərdən istifadə etməklə nail olmağı düşünürlər. Yeni “eCampus” üzərində işlər iki mərhələdə aparılacaq. Birinci mərhələdə 10 min kvadratmetr sahədə sənaye akkumulyatorlarının istehsalı laboratoriyası açılıb.

Burada müxtəlif kimyəvi maddələrdən ibarət akkumulyator elementləri hazırlanaraq “Mercedes” üçün sınaqdan keçiriləcək. İlin sonuna qədər başa çatdırılması planlaşdırılan ikinci mərhələdə, yeni batareyaların sınaqdan keçiriləcəyi və təsdiqlənəcəyi 20 min kvadrat metrlik bir mərkəz açılacaqdır.