“AzerGold”a işçi axtarılır

AzerGold CJSC

Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsinin müdiri

Son tarix 08 avq 2024 Müraciət et

Əsas vəzifə və öhdəliklər:

  • Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Cəmiyyətdə sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil olunmasında iştirak etmək və bu istiqamətdə rəhbərliyə təkliflər vermək;
  • Şöbənin səlahiyyətləri daxilində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə işlərin planlaşdırılmasının təşkilinə və icrasına nəzarət etmək;
  • Şöbənin səlahiyyətləri daxilində istehsalatda baş vermiş bədbəxt hadisələrinin nəticələrini təsdiq edən sənədlərin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanmasını təşkil etmək və həyata keçirilməsinə nəzarət etmək;
  • Cəmiyyətdə xidmət göstərən podratçı/subpodratçı təşkilatlar tərəfindən sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və yanğın təhlükəsizliyi sahələri üzrə işlərin təşkilinə və aparılmasına nəzarət etmək;
  • Cəmiyyətdə ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən qayda və normaların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
  • Ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini və nəzarəti təşkil etmək;
  • Cəmiyyətin işçi heyətinin sağlamlığının qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, həmçinin, ətraf mühitin mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin və Cəmiyyətdə tətbiq olunan beynəlxalq standartların, Cəmiyyətdaxili aidiyyəti normativ sənədlərin tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə aşkara çıxarılmış aidiyyəti çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etmək, bu barədə aidiyyəti üzrə məlumatlar vermək;
  • Cəmiyyətin istehsalat sahələrində ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək;
  • Cəmiyyətdə sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə müvafiq tədbirlərin keçirilməsini səlahiyyətləri daxilində təşkil etmək və bu barədə hesabat hazırlayaraq aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
  • Səlahiyyətləri çərçivəsində sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək;
  •  SƏTƏM şöbəsinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı dövlət qurumları, həmçinin digər müəssisələr, təşkilatlar və təsisatlarla qarşılıqlı əlaqələrdə Cəmiyyəti təmsil etmək;
  • Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların, təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi sahəsi üzrə sertfikatlaşdırma, müvafiq lisenziyaların (icazələrin) və rəyin alınması işinin şöbədaxili təşkili həyata keçirmək və prosesə nəzarət etmək;
  • Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində, müvafiq iş yerlərinin və istehsal avadanlıqlarının attestasiya edilməsində, eləcə də işçi heyətinin dövri icbari (əmək fəaliyyəti müddətində) tibbi müayinəsinin keçirilməsinin təşkilində və müayinədən keçiriləcək işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında iştirak etmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur.
  • Sertifikatlara dair tələblər: Əməyin təhlükəsizliyi, ətraf mühit sahəsində müvafiq kurslarda iştirak (İSO 14001/ İSO 45001 seriyasından sertifikatlara malik olmaq). Sahə üzrə Beynalxalq sertifikatlar arzuolunandır.
  • Kommunikasiya bacarıqları, problem həlletmə bacarığı, SƏTƏM üzrə güclü maarifləndirmə və təbliğat bacarığı, Liderlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahə üzrə təcrübə müddəti – ən azı 6 il, Ümumi təcrübə müddəti – ən azı 6 il, İdarəetmə təcrübəsi – ən azı 3 il.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı müsahibə əsnasında təyin olunur.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.